“Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni təşəbbüsləri müsbət qiymətləndiririk”
17 fevral 2011 13:12 (UTC +04:00)

“Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni təşəbbüsləri müsbət qiymətləndiririk”

“2004-cü ildə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupuna (GRECO) üzv olduqdan bəri Azərbaycan yaxşı bir ruhda əməkdaşlıq nümayiş etdirib. Ölkə Avropa Şurasının (AŞ) təyin etdiyi normaların tələblərinə uyğun olmaq üçün bəzi sahələrdə səylər göstərib”. Bunu APA-nın Avropa bürosuna eksklüziv açıqlamasında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) icraçı katibi Volfqanq Rau Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərinə münasibət bildirərkən deyib.

V. Rau qeyd edib ki, 2007-2009-cu illərdə Azərbaycanda Antikorrupsiya Strategiyasına Yardım layihəsi çərçivəsində AŞ və USAİD tərəfindən ölkəyə göstərilən texniki dəstəyin yararı olub: “Bununla belə, GRECO-nun apardığı monitorinq və qiymətləndirmə hesabatları indiyə kimi həyata keçirilən səylərin korrupsiya ilə səmərəli şəkildə mübarizə aparılması istiqamətində tam yetərli olmadığını göstərir. Xatırladım ki, GRECO özünün dəyərləndirmə raundları çərçivəsində bütün üzv dövlətlərdə qiymətləndirmə işlərini bərabər şəkildə aparır. Azərbaycan birinci və ikinci raundlar çərçivəsində dəyərləndirilmişdi. Bu dəyərləndirmə məruzəsində əsasən korrupsiyanın qarşısının alınması, onunla mübarizə üzrə milli qurumların müstəqilliyi, ixtisaslaşması və sərəncamlarında olan vasitələr, korrupsiya ilə bağlı hökumət üzvlərinə qarşı cinayət işinin açılmasına maneələr yaradan xüsusi toxunulmazlıqların əhatəsi və dərəcəsi, eləcə də dövlət qulluqçularının statusu kimi məsələlər daxil edilmişdi. GRECO-nun 2010-cu ilin oktyabrında qəbul etdiyi rəyə görə, bu məsələlərlə bağlı qurumun 2006-cı ilin iyununda Azərbaycana göndərdiyi tövsiyələrdən 15-i artıq qənaətbəxş şəkildə həyata keçirilib”.
İcraçı katib deyib ki, 2010-cu ildə Azərbaycan üzrə yenidən dəyərləndirmə hesabatı hazırlanıb: “Bu dəfə qurum hesabatı özünün üçüncü raundu çərçivəsində hazırlamışdı. Bu hesabatda isə əsasən korrupsiyaya görə cinayət məsuliyyəti daşımaq və siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq kimi məsələlər əks olunub. Bu hesabatda GRECO boşluqların olduğu nəticəsinə gəlib və Azərbaycana ümumilikdə 17 tövsiyə təqdim edib. Bu tövsiyələrin Azərbaycan tərəfindən həyata keçirilib-keçirilməməsini qurum 2012-ci ilin ilk rübündə baxışdan keçirəcək. Fikrimcə, Azərbaycan çatışmazlıqları aradan qaldırmaq üçün səylərini artırmalıdır".
Son günlər Azərbaycanda korrupsiya ilə mübarizə sahəsindəki yeni təşəbbüsləri müsbət qiymətləndirən V. Rau təmsil etdiyi qurumun bu səyləri yalnız alqışladığını bildirib: “Korrupsiya ilə mübarizəyə yönəlmiş istənilən təşəbbüsü biz yalnız alqışlaya bilərik. GRECO öz hesabatlarında dəfələrlə Azərbaycanın “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” üzrə Milli Strategiyanın (2007-2011-ci illər) qəbul olunmasını müsbət qiymətləndirib və qurumun verdiyi tövsiyələrə uyğun olaraq, həyata keçirilmiş bəzi konkret irəliləyişlərdən məmnunluğunu bildirib. Bu, əsasən korrupsiya hallarını araşdıran hökumət nümayəndələrinin iş metodlarının və vasitələri, korrupsiyanın qarşısının alınması sahəsində dövlət qulluqçularının hüquq və vəzifələrini, o cümlədən 2007-ci ilin may ayında qəbul edilən vəzifəli şəxslərin etik qaydalarını nəzərdə tutan xüsusi normativ əsaslar və çirkli pulların yuyulmasına qarşı mübarizənin mexanizmləri kimi vacib məsələlərdir. Eyni zamanda, GRECO-nun tərtib etdiyi bir sıra tövsiyələri ilə bağlı bəzi dəyişikliklərin edilməsi hələ də vacib olaraq qalmaqdadır”.
İcraçı katib bildirib ki, Azərbaycan korrupsiya əməllərini təqib etmək, onları aşkara çıxarmaq və təhqiqat aparmaq sahəsindəki fəaliyyətini daha da artırmalıdır: “Siyasi partiyaların maliyyələşdirilməsindəki şəffaflıq məsələsinə gəldikdə, ümumilikdə, “Siyasi partiyalar haqqında” qanunda davamlı şəffaflığın, siyasi partiyaların bank hesablarına, seçki kampaniyalarının maliyyələşdirilməsinə kifayət qədər nəzarətin olmaması, eləcə də bu sahədə sanksiyaların tətbiqində natamam mexanizmlərin mövcudluğu ilə bağlı müddəalarda boşluqlar var. Bu baxımdan GRECO Azərbaycanda siyasi partiyaların şəffaflıq qaydalarına daha da hörmətlə yanaşmaları məqsədi ilə, onlara adekvat yardımın edilməsi zərurətini də qeyd edir. Bundan başqa, biz siyasi partiyaların dövlət büdcəsindən müntəzəm maliyyələşdirilməsi ilə bağlı ideyanı da dəstəkləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10