Yol Polisi təcrübəsiz sürücülərə xəbərdarlıq etdi
Bu günlərdə Bakıda və bölgələrdə intensiv qar yağması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yenidən müraciət edib. İdarənin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri polis polkovniki Kamran Əliyev Lent.az-a bildirib ki, hava şəraiti ilə bağlı hələlik ölkədə heç bir magistral və ya şosse yolu bağlanmayıb: “Ölkənin şimalındakı Quba-Qusar və Muğanlı-İsmayıllı yollarında yolun hərəkət hissələrində qar qalıb və buzlaşma var. Bu səbəbdən də sürücülük təcrübəsi az olan şəxslərdən həmin istiqamətdə gedərkən diqqətli olmalarını xahiş edirik. Mümkün qədər 4 ötürücülü nəqliyyat vasitələrindən istifadə etsinlər və nasaz avtomobillərlə yola çıxmasınlar”.
K.Əliyev, həmçinin qeyd edib ki, ötən sutka ərzində Azərbaycan paytaxtında ölüm və ya xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verməyib. Bununla belə idarə rəsmisi sürücülərə bir daha müraciət edib: “Ümumiyyətlə xahiş edirik ki, sürücülük təcrübəsi nisbətən az olan şəxslər bu günlərdə sükan arxasına daha az keçsinlər. Yola çıxarkən təhlükəsizlik qaydalarına əməl etsinlər. Sürət həddi və digər nəqliyyat vasitələri ilə ara məsafəsi seçərkən diqqətli olsunlar”.
Nizam Rza

419