“GEN” MMC rəhbərinin ən yaxın adamı beynəlxalq axtarışda
16 fevral 2011 18:50 (UTC +04:00)

“GEN” MMC rəhbərinin ən yaxın adamı beynəlxalq axtarışda

APA-nın məlumatına görə, A. Seyidovun axtarışda olması barədə məlumat İnterpolun rəsmi internet səhifəsində yerləşdirilib.

A. Seyidov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. İnterpolun saytında yerləşdirilən məlumata görə, A. Seyidov beynəlxalq axtarışa Xətai Rayon Polis İdarəsi tərəfindən verilib. Lakin o, Bakıda Yasamal Rayon Polis İdarəsi tərəfindən axtarılır.

Xatırladaq ki, bir müddət əvvəl Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməliyyat müvəkkili Ramiz Qəhrəmanov APA-ya açıqlamasında bildirib ki, A. Seyidov “GEN” MMC-nin cinayət işi ilə bağlı tutulandan sonra həbsdən azad edilib. Lakin sonradan Bakı Şəhər Baş Polis İdarəsində onunla bağlı yenidən cinayət işi başlanıb və həmin cinayət işi ilə əlaqədar barəsində axtarış elan edilib.

A. Seyidovun hazırda Azərbaycanda olmadığı bildirilir.

Qeyd edək ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev və daha 17 nəfər yaşayış evi tikmək adı ilə vətəndaşlara külli miqdarda ziyan vurublar. Təqsirləndirilən A. Seyidov şirkətin rəhbəri Elbrus Əliyevin ən yaxın adamlarından biri olub. İş üzrə ilk olaraq 18 nəfər təqsirləndirilməsinə baxmayaraq, bir müddət sonra onlardan bəziləri sərbəst buraxılıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 12 il, işçiləri Əliyar Abbasov 10 il, Həbib Ağayev 10 il, Nəbi Məmmədov 11 il, Asif Ələmovun 10 il, Ramin Əliyev 10 il, Kamran Məmmədov 9 il, İlkin Səfərov 9 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmə əsasən onların hər birinin əmlakı da müsadirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar