Ruhi xəstə özünü tövlədə asdı
16 fevral 2011 10:57 (UTC +04:00)

Ruhi xəstə özünü tövlədə asdı

Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yeni Suraxanı qəsəbə sakini 1968-ci il təvəllüdlü Məmmədov Elçin Kamil oğlu intihar edib. O, qohumu Rəhimov Rəhimxan Əliağa oğluna məxsus tövlənin damındakı şalbandan özünü asıb.


Məlumatda bildirilir ki, E.Məmmədov ruhi xəstə olub və qohumuna məxsus tövlədə təsərrüfat işləri ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar