Qubanın ağ... qarı – FOTO
Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskin pisləşib. Fevralın 15-i axşam saatlarından başlayaraq, bölgədə temperatur aşağı düşüb, qar yağmağa başlayıb.
Quba Regional Hidrometeorologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, Qubaya 16 sm, Qusara 17 sm, Xaçmaza 6 sm hündürlüyündə qar yağıb. Ən çox yağıntı Xaltan və Altıağaca düşüb. Bu ərazilərdə qarın hündürlüyü 22-23 sm-ə çatıb.
Avtomaşınların yollarda hərəkəti çətinləşib. Quba Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov Lent.az-a bildirib ki, hazırda bütün istiqamətlərdə yolların qardan təmizlənməsi üçün işlər aparılır.
Vəli Turan

1082