Astarada quyudan qeyri-adi su çıxır
Ərçivan kəndindəki axar su kibritlə yanır
Astara rayonunun Ərçivan kəndindəki yanar bulaqdan çoxları xəbərdar olsa da, 67 yaşlı Mirzağa Rəcəbovun həyətindəki quyu barədə ancaq rayon əhli bilir.
Lent.az anspress-ə istinadən bildirir ki, quyu adi olsa da, içindən çıxan su fərqlidir. Belə ki, axar suya kibriti yaxınlaşdıran kimi yanmağa başlayır. Kəndin yaşlı sakinlərindən biri, ev sahibinin böyük qardaşı 82 yaşlı Hümmət Rəcəbovun sözlərinə görə, quyu çoxdan qazılıb. Lakin çıxan su zəhərli olduğu üçün bağlanılıb: “Bir müddət keçəndən sonra yerin altında torba çürüdü. Su başladı kənara axmağa və ağacları yandırmağa. Bu məhəllədəki quyuların hamısını batırdı”.
Ev sahibi artezian quyusunun 1950-ci illərdə geoloqların iştirakı ilə kəşfiyyat məqsədi ilə qazıldığını, işi Gürcüstandan olan mütəxəssislərin apardığını bildirib. Onlar quyudan neft və ya qazın çıxmasını gözləsələr də, quyudan yanar su çıxıb. Onlar hər il gəlib quyunu yoxlasalar da, sovetlər birliyi dağılandan sonra quyu ilə maraqlanan olmayıb.
Qeyd edək ki, Astarada, o cümlədən ən qədim insan məskənlərindən biri sayılan Ərçivan kəndində çoxlu müalicəvi bulaq olsa da, sözü gedən quyunun şəfaverici xüsusiyyətlərinə inanan daha çoxdur. El arasında bu suyun müalicəvi olması dəfələrlə sınaqdan çıxarıldığına görə onlar respublikadan kənarda yaşayan qohumlarına da bu sudan göndərirlər. Bu sudan dəri xəstəlikləri üçün, xüsusən dəmrov və göbələk xəstəliklərində istifadə edilir.
Çox təəssüf ki, bu cür nadir xassəli su 60 ildir, səmərəsiz axır.

642