Dağıstanda su anbarının bəndinin uçması nəticəsində Məmmədqala kəndi su altında qalıb. Nəticədə gənc qadın və daha bir uşaq daşqınlarda həlak olub.
Lent.az xəbər verir ki, xilasedicilər onları çaydan çıxarsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünən Gejux su anbarındakı bənd uçub və ətraf ərazilər su altında qalıb.