Honkonqda dünyanın ən bahalı benzini satılır və onun qallonu (təxminən 3,7 litr – red.) təxminən 15,6 dollardır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu o deməkdir ki, Honkonqda bir litr benzinin qiyməti 4 dollara yaxındır
Fars körfəzində neft hasil edən dövlətlər arasındakı münaqişə və Hörmüz boğazından keçən mühüm neft və qaz nəqli marşrutunun effektiv şəkildə bağlanması son bir ay ərzində dünya miqyasında neft qiymətlərinin kəskin artmasına səbəb olub. Bu, xüsusilə Yaxın Şərqdən enerji təchizatından asılı olan və boğazdan nəql edilən Honkonq və digər Asiya iqtisadiyyatları üçün ağrılıdır.
İqtisadçılar bildiriblər ki, yüksək benzin qiymətləri inflyasiyaya və logistika xərclərinin artmasına səbəb ola bilər ki, bu da nəticədə iqtisadiyyatın digər sektorlarına da təsir edəcək.