Bakıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.
Ələkbərov Hacıağa Teyyub oğlu "Ford transit" markalı avtomobillə yolu keçmək istəyən piyada, 62 yaşlı Kərimov Zülfü Heybət oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi açılıb.