2 qardaşın qatillərinin məhkəməsi başladı
Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iki qardaşı qətlə yetirməkdə ittiham olunan 8 nəfərdən ibarət dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror Nəriman Ələkbərov ittiham aktını elan edib.
İttihama əsasən, 2009-cu ilin iyin ayının 4-də Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi, Xaşaxuna bağlarında aparılan abadlıq işləri ilə əlaqədar tikinti materialları üstündə 14 nəfər arasında baş vermiş kütləvi dava zamanı iki qardaş - sürücü Tərlan Cəfərov və qardaşı Musa Cəfərov qətlə yetirilib, daha iki nəfər isə ağır yaralanıb.
İş üzrə təqsirləndirilən Bakı şəhər sakinləri Əfqan Mirzəyev və Bağır Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.2, 2.7-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə və iki və daha artıq şəxsi öldürmə), 29.120.2.2, 2.7-ci (xuliqanlıq niyyəti ilə adamöldürməyə qəsd və iki və daha artıq şəxsi öldürməyə qəsd), 221-ci (xuliqanlıq) maddələr ilə ittiham olunurlar.
Ramin Ramazanov, Kamran Mirzəyev və onun qardaşı Mehrac Mirzəyev, Abdulla Ağayev, İsmayıl Cabbarov, Çingiz Hüseynov isə CM-nin 221-ci maddəsi ilə ittiham olunurlar.
Təqsirləndirilən Ə.Mirzəyevin vəkili Rəsul Yusifbəyli müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamla razılaşmayıb. Vəkil Ə. Mirzəyevin təqsirləndirildiyi maddənin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəyə tövsif olunması barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı vəkilin vəsatətinə məhkəmə araşdırılmasından sonra qiymət verilməsini istəyib. Məhkəmə isə vəsatətin hazırkı mərhələdə təmin edilməməsi barədə qərar verib.
Bundan sonra təqsirləndirilən Ə. Mirzəyev ifadə verib. Hadisənin baş verməsi ilə bağlı danışan Ə.Mirzəyev qətlin törədilməsində özünü günahkar hesab etməyib.
Fərid Əkbərov

Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12