Masallıdakı partlayışla bağlı ilkin rəy açıqlanıb
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri tərəfindən texniki xüsusiyyətləri hərtərəfli tədqiq ediləndən sonra dördmərtəbəli binanın konstruksiyasının və özülünün sıradan çıxaraq təhlükəli xarakter aldığı və gələcəkdə ondan istifadənin fəsadlara səbəb olacağı barədə rəy verilib.
S.Nuriyev bildirib ki, mütəxəssislər, həmçinin binada baş vermiş partlayışın da ilkin səbəblərini açıqlayıblar. Onların qənaətinə görə, partlayış yerin altında yığılmış qazın sızması nəticəsində baş verib.
Söküntü işlərini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təmir-tikinti briqadaları həyata keçirir. Bu işin bir həftəyə başa çatdırılması nəzərdə tutulub. Yeni binanın inşası ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır.
Qeyd edək ki, Masallı RTQ-nın rəisi Əmanət Əzizov tutduğu vəzifədən kənarlaşdırılıb. “Azelekom” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi Azər Əliyev isə jurnalistlərə müsahibəsində partlayış nəticəsində sıradan çıxmış elektron ATS-in işinin bərpası istiqamətində tədbirlərin davam etdirildiyini, yaxın bir neçə gün ərzində rayonun kəndləri ilə telefon rabitəsinin tam bərpa olunacağını bildirib.
Xatırladaq ki, fevralın 7-də saat 14.40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsinin divarları tamam dağılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.

562