Yeni baş məşqçi yığmamıza 1 qızıl, 2 bürünc medal qazandırdı
Lent.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığması 1 qızıl, 2 bürünc medal qazanıb.
91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov bütün görüşlərini qələbə ilə başa vuraraq, turnirin qalibi olub. Boksçumuz yarımfinalda macarıstanlı Şabolz Deeli texniki nokautla məğlub edib. Finalda isə həmyerlimiz Polşa idmançısı Maykl Olas üzərində 3:2 hesabı ilə qələbə qazanıb. 69 kq çəki dərəcəsində yarışan iki boksçumuz – Sadiq Eynullayev və Heybətulla Hacəliyev isə bürünc medalla kifayətləniblər. Eynullayev yarımfinalda Macarıstan təmsilçisi – Balaş Baskaiyə 4:7 hesabı ilə uduzub, Hacəliyev rusiyalı Pyotr Xamukova məğlub olub.
Boksçularımızdan İlkin Ağayev (52 kq), Rahib Bəylərov (75 kq) və Vətən Hüseynli (81 kq) mükafatsız qalıblar. Bakıda keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına hazırlaşan millimiz fevralın 15-də Bolqarıstanda start götürəcək beynəlxalq turnirdə də iştirak edəcək.
Qeyd edək ki, bu, dağıstanlı mütəxəssis Yevgeni Kotovun yığmamızın baş məşqçi postunda ilk sınağı olub.

Oxşar yazılar

Polis onlara "qaz yerişi" yeritdi -VİDEO
1 iyul 2025 , 15:49
Bakıda cinayətdə şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstə saxlanıldı -VİDEO -FOTOLENT
1 iyul 2025 , 15:39
Serial təcavüzkar və qatil 57 ildən sonra həbs edildi
1 iyul 2025 , 15:13
Azər Zahid ev dustaqlığına buraxıldı
1 iyul 2025 , 14:58Kinostudiyadakı partlayışla bağlı birgə MƏLUMAT
1 iyul 2025 , 14:52“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı, həbs edilənlər var - RƏSMİ
1 iyul 2025 , 14:15
Şirvan kanalında batan 91 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 13:53