“Mercedes” 97 metr “uçub” çaya düşdü: 2 ölü
Fevral ayının 13-də axşam saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba yolunun 146-cı km-də ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkət edən Quba rayon sakini Fərid Qubatovun idarə etdiyi avtomaşın yoldan çıxaraq, yolun kənarındakı dirəyə dəyib, daha sonra isə 97 metr aralıda Vəlvələ çayına düşüb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər dünyasını dəyişib. Ölənlər “Mersedes”in sürücüsü, Quba rayon sakini 26 yaşlı Fərid Qubatov və sərnişin, Quba rayon sakini Zaman Hüseynovdur.
Baş Dövlət Yol Polisi İdarəsi istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimov Lent.az-a bildirib ki, ilkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
Vəli Turan

429