Bakıda 3 nəfəri avtomobil vurub
12 fevral 2011 13:19 (UTC +04:00)

Bakıda 3 nəfəri avtomobil vurub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünən saat 12.55 radələrində Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Fəzail Fətəliyev idarə etdiyi “İsuzu” markalı avtomaşınla həmyerlisi Nəcəf Məmmədovu vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən Nəcəf Məmmədov orada ölüb.

Fevralın 11-də saat 08.00 radələrində isə Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Rahib Əhlimanov vurulub. Rahib Əhlimanov hadisə yerində ölüb. Daxili İşlər Nazirliyi Bakı Dövlət Yol Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Növbəti hadisə fevralın 11-də saat 18.50 radələrində Qaradağ rayonu ərazisində baş verib. Masallı rayon sakini Aqil Fətullayev idarə etdiyi “Mercedes” markalı avtomaşınla Gürcüstan vətəndaşı Əkbər Əliyevi vurub. Nəticədə Əkbər Əliyev hadisə yerində ölüb. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar