Qobustan həbsxanası Umbakı qəsəbəsinə köçürüləcək
Fevralın 11-də ədliyyə naziri Fikrət Məmmədov Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin üzvləri ilə görüşüb. Komitənin koordinatoru Əliməmməd Nuriyev APA-ya açıqlamasında görüşdə məhkumların məşğulluq vəziyyətinin yaxşılaşdırılması və digər məsələlər barədə danışıldığını bildirib: “Məhkumların məşğulluq səviyyəsinin yaxşılaşdırılması istiqamətində nazirlik tərəfindən bir çox tədbirlər həyata keçirilir. Fikrət Məmmədovun bununla bağlı tədbirlərin görülməsinin vacib olduğunu bildirdi”.
Ə. Nuriyev hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın əlil insanın cəza çəkdiyini bildirib. O, cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halının 30 faiz azaldığını da söyləyib.
Ə. Nuriyev Azərbaycan həbsxanalarında cəza çəkən xarici ölkə vətəndaşlarının ekstradisiyası ilə bağlı bəzi problemlərin olduğunu da söyləyib: “Azərbaycanda cəza çəkən xarici məhkumların ölkələrinə verilməsində bəzi problemlər var. Çünki qarşı tərəf çox vaxt onların təhvil alınmasına hazır olmur. Hazırda Azərbaycanda minə yaxın xarici ölkə vətəndaşı olan məhkum var. Onların arasında İran və Rusiya vətəndaşları üstünlük təşkil edirlər”.
Koordinator yaxın vaxtlarda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasının Umbakı qəsəbəsində tikilən yeni binaya köçürüləcəyini də bildirib: “Umbakı qəsəbəsində yeni binanın tikintisinə başlanılıb. Qobustan həbsxanası 2012-ci ilə qədər yeni binaya köçürüləcək”.
Ə. Nuriyev 2007-ci ildən Azərbaycan məhkəmələrinə təyin olunan hakimlərin 50 faiz yeniləndiyini də bildirib: “Bununla yanaşı, bir çox hakimlərin fəaliyyətinə xitam verilib, bəzilərinə isə xəbərdarlıq edilib. Nazirlik məhkəmə hakimlərinin daha ədalətli olmalarına və qanun pozuntusuna yol verməmələrinə çalışır. Eyni zamanda Azərbaycanda vaxtından əvvəl şərti azadlığa buraxılma ilə bağlı bəzi problemlər var. Bu problemləri öyrənmək üçün nazirlik tərəfindən işçi qrup yaradılıb. Yaxın vaxtlarda bununla bağlı qanuna əlavə və dəyişikliyin ediləcəyi gözlənilir”.

1121