Penitensiar Xidmətin Əməliyyat Şurası keçirilib – FOTO
11 fevral 2011 19:29 (UTC +04:00)

Penitensiar Xidmətin Əməliyyat Şurası keçirilib – FOTO

Fevralın 11-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində Penitensiar xidmətin 2010-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilib. Şurada Penitensiar xidmətin rəhbərliyi və tabelikdə olan qurumların rəisləri iştirak edib. Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müsbət nəticələr əldə olunub.

Qeyd olunub ki, prezident İlham Əliyevin imzaladığı əfv etmə haqqında sərəncamlar vaxtında və dürüst icra edilib, nəticədə 155 məhkum azad edilib, bir məhkumun ömürlük cəzası 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

Bildirilib ki, 2010-cu ildə təqsirləndirilən şəxslərə və məhkumlara qadağan olunmuş əşyaların daxil olunmasının qarşısının alınması prosesi davam etdirilib. Belə ki, 2010-cu il ərzində məhkumlardan və digər şəxslərdən 1302 manat pul, 164,5 litr qıcqırdılmış maye, 740 qram narkotik maddə, 81 mobil telefon götürülmüş və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Bununla yanaşı Şurada hesabat dövründə bir sıra penitensiar müəssisələrin fəaliyyətində nöqsanlara yol verildiyi qeyd olunub, onların aradan qaldırılmasına dair qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Xüsusilə qeyd edilib ki, penitensiar xidmətin tabe qurumlarında yoxlamalar və xidməti təhqiqatlar bir sıra hallarda səthi aparılıb, bu isə mövcud vəziyyətin bəzən düzgün qiymətləndirilməsinə maneçilik törədib. Eyni zamanda, törədilmiş cinayətlərlə hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın məhkumlar tərəfindən ödənilməsi işinin səmərəliliyinin daha da artırılması aidiyyəti xidmət sahələrindən tələb olunub. 2010-cu il ərzində xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə, Penitensiar Xidmətin 1 və 2 saylı xüsusi müəssisələrinin rəisi vəzifələrini icra edən İ.Yunusov, A.Məmmədov, eləcə də Mühafizə alayının bəzi bölük komandirləri tutduqları vəzifələrindən azad edilib, bir sıra məsul əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat Şurasında prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 27 yanvar 2011-ci il tarixdə keçirilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclasında müzakirə edilmiş məsələlərlə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21