Müdafiə Nazirliyinin TTM-in şöbə rəisi faciəli şəkildə öldü
11 fevral 2011 16:21 (UTC +04:00)

Müdafiə Nazirliyinin TTM-in şöbə rəisi faciəli şəkildə öldü

Fevralın 11-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin şöbə rəisi, 1967-ci il təvəllüdlü Allahverdiyev Aydın Ramiz oğlu faciəli şəkildə ölüb.


Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, polkovnik A.Allahverdiyev Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 23 ünvanındakı mənzilinin hamamında dəm qazından boğularaq dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarına saat 10.00 radələrində məlumat daxil olub.

Məlumatda o da bildirilir ki, A.Allahverdiyevin övladları 1997-ci il təvəllüdlü oğlu Ramiz və qızı 12 yaşlı Fatimə də həmin vaxt evdə olub. Onların hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747

Oxşar yazılar