Goranboyda qətl
05 oktyabr 2009 20:15 (UTC +04:00)

Goranboyda qətl

Rayon sakini həmyerlisini qətlə yetirdi

Oktyabrın 5-də axşam saatlarında Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

Goranboy rayon Polis şöbəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, Dəliməmmədli şəhər sakini, 1969-cu il təvəllüdlü Cavanşir Məmmədov mübahisə etdiyi həmyerlisi, 1979-cu il təvəllüdlü Tağıyev Ağasəf Faiq oğlunu bıçaqlayaraq, öldürüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar