Çayların daşması qəzalara yol açıb
Vəndam və Türançayın yaratdığı problemlər aradan qaldırılıb
Güclü leysan yağışları nəticəsində Vəndam çayı daşaraq 110 kV-lik I "Qəbələ" hava xəttinin 48 saylı dayağını aşırıb və Qəbələ rayonları arasındakı 110 kV-lik sistem təşkiledici ehtiyat xətt sıradan çıxıb.
Lent.az-ın Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, iki gün ərzində “Azərenerji” və "Azenco"nun təmir briqadası burada çalışıb, sistemin fəaliyyəti qısa müddətdə təmin edilib.
Türyançay çayında yaranmış güclü sel də 220 kV-lik II "Mingəçevir" hava xəttinin dörd dayağını qəza vəziyyətinə gətirib. Müvafiq qəza vəziyyəti də energetiklərin səyi nəticəsində tez bir zamanda aradan qaldırılıb.

517