Rail Rzayevin qətlindən 2 il ötür
11 fevral 2011 11:40 (UTC +04:00)

Rail Rzayevin qətlindən 2 il ötür

Fevralın 11-i müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin ölümünün ikinci ildönümüdür.



Lent.az xəbər verir ki, R.Rzayev 2009-cu il fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evinin yaxınlığında, xidməti avtomobilində odlu silahla qətlə yetirilib. Onun qətlindən iki il keçsə də, cinayətin üstü açılmayıb. İndiyədək nə qatil tutulub, nə də hadisənin baş vermə səbəbi müəyyənləşdirilib.


Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Hadisədən bir müddət sonra mərhum generalın köməkçisi Aydın Rəfiyev, onun oğlu Anar Rəfiyev və R.Rzayevin yavəri Anar Həşimov saxlanılıb. Onlar generalın iş otağına qanunsuz müdaxilə etməkdə, oradan müxtəlif əşyaları, maddi sübutları götürməkdə və bu əməlləri gizlətməkdə təqsirli biliniblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9 il, Anar Rəfiyev 7 il 6 ay, Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin şəxslərin generalın qətlində bilavasitə iştirak edib-etməməsi isə araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar