Bakıda Hindistan vətəndaşı otel otağında öldü
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Bakı-Salyan yolunun kənarında yerləşən “Mavi Dalğa” otelində Hindistan vətəndaşı, 1968-ci il təvəllüdlü Fernandes Paul Pedronun otel otağında meyiti tapılıb.
Belə ki, 43 yaşlı Paul həmin mehmanxanada aşpaz işləyirmiş. Səhər yuxudan durub işə gəlmədiyini görən hindlinin iş yoldaşları narahat olublar və onun otağında öldüyünü görüblər.
P.Fernandesin hansı səbəbdən öldüyü araşdırılır.
Qeyd edək ki, o, Bakıya dekabr ayında işləmək üçün gəlibmiş.
Nizam Rza

645