Elçin Behbudov qərb rayonlarında monitorinqə başlayıb
Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib.
Komitə sədri Qazax və Ağstafa rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlərin başa çatdığını deyib: “Bizi əsasən, təqsirləndirilən şəxslərin saxlanma şəraiti, onlara qarşı münasibət və dərman preparatları ilə təmin olunmaları maraqlandırır. Hələ ki bir şikayət almamışıq. Ağstafa və Qazaxdan sonra Şəmkir, Tovuz, Gədəbəy rayonlarında da monitorinq keçirəcəyik”.
Hüquq müdafiəçisi monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova məlumat verəcəyini də söyləyib.

554