Şabranda polisə marixuana satan şəxs yaxalandı
Şabran rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb. Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Xaliqov Hicran Rəcəb oğlu 10 büküm qurudulmuş marixuananı şərti alıcı qismində polis əməkdaşına satmaq istəyərkən saxlanılıb. Onun üzərinə baxış zamanı 0.19 qram marixuana aşkarlanıb. Yaşadığı evə baxış keçirilərkən isə çəkisi 2.44 və 2.99 qram olan iki büküm narkotik vasitə olan marixuana tapılıb.
Şabran rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Hicran Xaliqovun tikilməkdə olan evinə baxış zamanı oradan da iki kibrit qutusu 3.56 və 2.95 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs Lent.az-ın bölgə müxbirinə bildirib ki, narkotik vasitəni Siyəzən rayonundan qayıdarkən tanımadığı taksi sürücüsündən 5 manata alıb. Daha sonra narkotik vasitəni özü becərməyə başlayıb. Hicran Xaliqov Lent.az-a bildirib ki, narkotik vasitədən özü də istifadə edib. Onun sözlərinə görə, bu yolla belindəki ağırların qarşısını almaq istəyib.
Şabran rayon Polis Şöbəsinin rəis müavini Rizvan Ramazanov Lent.az-a bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
Vəli Turan

662