Nəqliyyat Nazirliyinin müfəttişlərinə qarşı cinayət işi başlanıb
09 fevral 2011 19:11 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin müfəttişlərinə qarşı cinayət işi başlanıb

Nəqliyyat Nazirliyinin müfəttişlərinə qarşı cinayət işi başlanıb.

APA-nın Baş Prokurorluğun rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, «Azərnəqliyyatekspedisiya» İstehsalat Birliyinə məxsus «Nexia» markalı 90 AN 897 dövlət qeydiyyat nişanlı avtomaşında xidmət aparmış agent-ekspeditorlar Əliyev Taleh Zakir oğlu, Möhbəliyev Elnur Seyfulla oğlu, müfəttişlər Qurbanov Nazim Şamil oğlu və Hümbətəliyev Tariyel Zal oğlu 1 fevral 2011-ci il tarixdə saat 10 radələrində Cəfərov Firudin Aydın oğlunun idarə etdiyi özünə məxsus «QAZ-33021» markalı, 85 BE 287 dövlət qeydiyyat nişanlı yük avtomaşınını Suraxanı-Qaraçuxur avtomobil yolunda əmtəə-nəqliyyat qaiməsinin olub-olmamasını yoxlamaq məqsədi ilə saxladaraq, özlərini təqdim etmədən sürücüdən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini alıb özü ilə aparmaq istəyərkən Fürudin Cəfərov buna etirazını bildirdiyinə görə ona qarşı zor tətbiq edərək bədən xəsarətləri yetiriblər.

Bundan başqa, həmin tarixdə «Bakısərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus «Fiat» markalı 90 AL 863 dövlət qeydiyyat nişanlı avtomaşında xidmət aparmış nəzarətçi Mirzəyev Taleh Xaliq oğlu və müfəttiş Məmmədov Sahib Hüseyn oğlu sürücü Hümmətov Qalib Ağaməmməd oğlunun idarə etdiyi «KİA» markalı, 10 EH 382 dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Heydər Əliyev prospektində saxladaraq sürücüyə qarşı zor tətbiq edib bədən xəsarətləri yetirərək avtomaşının nömrə nişanını açıb, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini avtomaşının salonundan götürüb aparıblar.

Beləliklə, «Azərnəqliyyatekspedisiya» İstehsalat Birliyi və «Bakısərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nın tətbiq edilməsi Qaydaların»a əsasən fərqlənmə nişanı olmayan nəqliyyat vasitələrini aşkar etdikdə onların qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün Vergilər Nazirliyinə rəsmi məlumat verməli olduğu, həmçinin təlimatlarına əsasən fərqlənmə nişanı olmayan nəqliyyat vasitələrini aşkar etdikdə bu barədə akt tərtib etməli olduqları halda, qanun pozuntusuna yol vermiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını açmaq, sürücülərin və nəqliyyat vasitələrinin sənədlərini almaq səlahiyyətinə malik olmamalarına baxmayaraq, mövcud qaydaların və təlimatın tələblərini pozmaqla, zor tətbiq edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslər - Firudin Cəfərov və Qalib Hümmətovun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.

«Azərnəqliyyatekspedisiya» İstehsalat Birliyi və «Bakısərnişinnəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşlarının əməllərində Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan barələrində 8 fevral 2011-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00