Qızlığını zorlayan ögey atanın həbs müddəti uzadılıb
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, istntaq tədbirləri hələ yekunlaşmadığından Suraxanı rayon Məhkəməsi Ə.S.-nın həbs müddətini daha iki ay uzadıb.
Qeyd edək ki, Lent.az-ın məlumatına görə, Suraxanı rayonundakı orta məktəblərdən birində təhsil alan 10-cu sinif şagirdi A.M. oktyabr ayında öz müəlliməsinə yaxınlaşaraq, 13 yaşından bəri ögey atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Qız həmçinin qeyd edib ki, anası da baş verənlərdən xəbərdardır və o da atalığının bu hərəkətinin əleyhinə deyil.
Çox keçmədən məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müəllimlərin müraciəti ilə şikayət araşdırılıb. Məlum olub ki, həqiqətən də 10-cu sinif şagirdi olan A.M. atalığı Ə.S. tərəfindən 3 ildir, daimi cinsi istismara məruz qalır. Həmçinin müəyyən edilib ki, həmin şəxs radikal dini qruplaşmalardan birinin üzvüdür.
Oktyabr ayında məsələ ilə bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Ögey ata həbs olunub.
Nizam Rza

546