Türkiyədə azərbaycanlı qadının başçılıq etdiyi cinayətkar qrup zərərsizləşdirilib
Türkiyədə qadınları fahişəliyə cəlb edərək müştərilərə satan Azərbaycan əsilli bir qadının lideri olduğu cinayətkar şəbəkə çökdürülüb. Lent.az-ın “İhlas” agentliyinə istinadən verdiyi məlumata görə, cinayətkar qrup “Facebook” sosial şəbəkəsi vasitəsilə xarici ölkələrdən Türkiyəyə, əsasən Gaziantepə fahişəliyə məcbur etmək məqsədilə qadınlar gətirirmiş.
Qadınlar Türkiyəyə turist qismində gəlirlərmiş. Gaziantep Polis İdarəsinin 6 aylıq izləməsindən sonra dünən əməliyyata start verilib. Eyni vaxtda 12 ünvanda yoxlama aparılıb. Cinayətkar şəbəkənin Azərbaycan əsilli lideri Kəmalə Quliyeva ilə birlikdə rus əsilli Svetlana Zamfir, eləcə də Hüseyn K., Mehmet İlhan G., Özkan K., Fevzi T., Əhməd F., Yunus F., Mustafa B., Mehmet K. ve Ömər A. saxlanılıblar.
Cinayətkar şəbəkənin bank hesabları və istifadə etdikləri çoxlu sayda avtomobil müsadirə olunub. Onların Türkiyəyə gətirdikləri 11 qadın da ölkədən çıxarılıb.

598