Moskva – Peterburq yolunda baş verən qəzada iki azərbaycanlı ölüb
07 fevral 2011 13:25 (UTC +04:00)

Moskva – Peterburq yolunda baş verən qəzada iki azərbaycanlı ölüb

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, daha bir həmyerlimiz ağır yaralanıb.

Hadisə fevralın 7-nə keçən gecə yolun Novqorod ərazisində baş verib. İlkin məlumata görə, “VAZ-21099” markalı avtomaşın hələlik müəyyən edilməmiş səbəblərdən yolun əks istiqamətinə keçərək, qarşıdan gələn “MAZ” markalı yük maşını ilə toqquşub. Olay nəticəsində 1966-cı il təvəllüdlü sürücü, eləcə də 1967-ci il təvəllüdlü sərnişin dünyasını dəyişib. 1979-cu il təvəllüdlü daha bir sərnişin isə ağır yaralanıb.

“VAZ-21099” markalı maşın o dərəcədə deformasıyaya uğrayıb ki, cəsədləri və yaralını çıxartmaq üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi avadanlıqlardan istifadə edərək avtomobili doğramağa məcbur olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00