Külək dəmiryolunda qatarları dayandırdı - YENİLƏNİB
Bu gecə bölgələrdən paytaxta gələn yük və sərnişin qatarlarının hərəkətində məcburi dayanmalar baş verib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, dünən səhərdən ölkə ərazisində müşahidə olunan güclü külək dəmir yolu təsərrüfatına da ziyan vurub. Belə ki, Qaradağ-Puta mənzilində təmas xətlərinin qırılması nəticəsində dəmir yolunda qatarların hərəkəti dayanıb. Nəticədə bu gün səhər saatlarında Bakıya çatmalı olan qatarlar təxminən bir saat gecikib və onların hamısı artıq mənzil başına yetişiblər. Həmçinin paytaxtdan əks istiqamətə gedən qatarların da hərəkətində dayanmalar olub. Belə ki, Bakı-Balakən, Bakı-Tiflis və Bakı-Qazax sərnişin qatarları hələ də mənzil başına çatmayıb.
Nadir Əzməmmədov deyib ki, artıq bölgələrdən Bakıya gələn qatarlar 1-1,5 saat gecikmə ilə mənzil başına çatıb. Hərəkətində ləngimələr olmuş digər qatarlar isə artıq yoluna davam edir. Onun sözlərinə görə, ləngiyən qatarlar qrafikdə nəzərdə tutulduğundan təxminən 1 saat gecikmə ilə mənzil başında olacaq.
N.Əzməmmədov deyib ki, dünən qırılmanın baş verdiyi ərazidə küləyin sürəti saniyədə 35 metrə çatıb. Normal halda bu rəqəm 25 m/san olmalıdır. Ərazi burulğan zonası sayıldığından təmas xətləri güclü küləyə tab gətirməyib.
Elxan SALAHOV

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33