Yataqxanada baş verən partlayışla əlaqədar cinayət işi başlanıb
Bu barədə APA-ya açıqlamasında işin istintaqını araşdıran Yasamal rayon Prokurorluğunun müstəntiqi Mübariz Əsədov məlumat verib. O, qeyd edib ki, hadisə zamanı 1 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yataqxanadakı yanğının qaz balonunun partlaması nəticəsində meydana gəldiyini qeyd edən M. Əsədov faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işinin başlandığını vurğulayıb: “Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Baş vermiş hadisə ilə bağlı hələlik saxlanılan yoxdur”.
Qeyd edək ki, məlum yanğın hadisəsi fevralın 4-də axşam saatlarında, Yasamal rayonu, Şərifzadə küçəsində 1 ünvanında yerləşən, İnşaat Universitetinə məxsus yataqxanada qeydə alınıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb edilib. Yataqxanada olan şəxslər evikuasiya edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Məlumata görə, yanğından əvvəl yataqxananın otaqlarından birində güclü partlayış olub. Nəticədə həmin otaqda məskunlaşan məcburi köçkün Rəhman Cəfərov dünyasını dəyişib. Hadisə zamanı daha 7 nəfərin xəsarət aldığı bildirilir.

Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21