Osman Kazımov Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldı
Bu barədə APA-ya məlumat verən O. Kazımov bildirib ki, qərar Vəkillər Kollegiyasının bu gün keçirilən iclasında qəbul olunub. Belə ki, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov O. Kazımovla bağlı Vəkillər Kollegiyasına təqdimat verib. Təqdimat keçən il avqustun 3-də O. Kazımovun vəkili olduğu şəxsin üzləşmə hərəkətləri zamanı protokola imza atmaqdan imtina etməsi ilə bağlı olub.
R. Usubovun təqdimatı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında iki dəfə müzakirə olunub. Bu gün isə onun Kollegiyadan çıxarılması ilə bağlı qərar qəbul olunub: “İndi bilmirəm ki, onların məni Kollegiya üzvlüyündən çıxarılmaqla bağlı qərarında nə yazılıb. Düşünürəm ki, mən Kollegiyadan siyasi fəaliyyətimə görə uzaqlaşdırılmışam”.

699