Azərbaycan Haaqa Apelyasiya Məhkəməsinə etiraz sənədi təqdim edib
04 fevral 2011 12:01 (UTC +04:00)

Azərbaycan Haaqa Apelyasiya Məhkəməsinə etiraz sənədi təqdim edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Rotterdam Məhkəməsində 6 yanvar 2010-cu il tarixində keçirilmiş məhkəmə iclasında Azərbaycan tərəfi məhkəmədən iş üzrə yekun qərar çıxarılmasını tələb edib və Rotterdam Məhkəməsi FİM Bank-ın Azərbaycan dövlətinə qarşı 6 milyon 775 min dollar məbləğində iddia tələblərini 17 fevral 2010-cu il tarixli məhkəmə qərarı ilə rədd edib.

Məhkəmə qərarında FİM Bank-ın iddia etdiyi halların (Rabitə Nazirliyi tərəfindən FİM Bank-a dövlət zəmanətinin verilməsi, Rabitə Nazirliyinin dövlət qulluqçularının həmin banka qarşı dələduzluq etməsi, Rabitə Nazirliyi (dövlət) tərəfindən “Poçtbank” SİB-dən vəsaitlərin qanunsuz götürülməsi və müxtəlif dövlət qurumlarında sənədlərin qanunsuz leqallaşdırılması) işdə olan materiallar əsasında sübuta yetirilmədiyi göstərilib. Məhkəmə qərarına əsasən 20 min 590 avro vəsait “FİM Bank”dan tutularaq Azərbaycan tərəfinə ödənilib.

Bu qərardan FİM Bank-ın verdiyi apelyasiya şikayəti üzrə Niderlandda Haaqa Apelyasiya Məhkəməsində 14 sentyabr 2010-cu il tarixində iclas keçirilib. FİM Bank-ın apelyasiya şikayətinin əsassızlığını sübuta yetirmək məqsədilə Azərbaycan tərəfi 01 fevral 2011-ci il tarixinədək etiraz sənədini məhkəməyə təqdim edib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən “Poçtbank” SİB külli miqdarda borcu yarandığı üçün Azərbaycan hökuməti adından müəyyən sənədlər təqdim etməklə “FİM Bank”dan kredit alıb. “FİM Bank”da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində kredit ayrılıb. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan “Aztell” və “Baktell” şirkətləri (əslində, bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına dövlət Rabitə Nazirliyi qismində zəmanət verir. “Poçtbank” bu krediti qaytara bilmədiyi üçün “FİM Bank” onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10