Gömrük Komitəsində cinayətkar dəstənin istintaqı başa çatıb
Dövlət Gömrük Komitəsində 11 nəfərdən ibarət cinayətkar dəstənin istintaq işi artıq başa çatdırılıb və məhkəməyə göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə komitə sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, həmin cinayətkar dəstəyə qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılıb. Onların arasında rüşvətxorluq və saxta sənədlərlə gömrükdən mal keçirmə işləri də olub. A.Əliyev bildirib ki, cinayətkar dəstə arasında Dövlət Gömrük Komitəsinin 4 əməkdaşı da var. Onun sözlərinə görə, artıq proses başa çatıb və iş məhkəməyə göndərilib. Həmin cinayətkar dəstə üzvlərinin işinə hüquqi qiymət məhkəmədə veriləcək.
Elxan Salahov

627