Neft Akademiyasındakı faciə ilə bağlı saxlanılanların istintaq müddəti uzadıldı
06 avqust 2009 11:15 (UTC +04:00)

Neft Akademiyasındakı faciə ilə bağlı saxlanılanların istintaq müddəti uzadıldı

Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamla bağlı saxlanılanlar barəsində seçilən həbs-qətimkan tədbiri uzadılıb.


Lent.az-ın məlumatına görə, həmin şəxslər barəsində ilkin olaraq, 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Həmin müddətdə ibtidai istintaq başa çatmadığı üçün istintaq müddəti uzadılıb.

Qeyd edək ki, Gürcüstan vətəndaşı Fərda Qədirov odlu silahla 12 nəfəri öldürəndən sonra intihar edib. 13 nəfər isə yaralanıb. Bu iş üzrə Gürcüstan vətəndaşları Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Mədət Kazımov, Nəcəf Süleymanov saxlanılıblar.

DİN və Baş Prokurorluğun birgə məlumatında qeyd olunub ki, Ariz Qabulov əvvəlcədən hazırlaşmaqla Fərda Qədirova məxsus “Makarov” tapançası və patronları gömrük nəzarətindən gizli şəkildə keçirməklə qaçaqmalçılıq cinayəti törətdiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlama və daşıma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fərda Qədirovun Marneuli rayonunun Daştəpə kəndində qonşusu olmuş və Bakı şəhərində daim əlaqə saxladığı Nəcəf Süleymanov isə onun əldə etdiyi silah və patronları özü ilə Bakı şəhərinə gətirdiyini və ağır cinayət törədəcəyini bildiyi halda, bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyinə görə Cinayət Məcəlləsinin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar