DAK İran səfirliyi qarşısında etiraz aksiyası keçirib
02 fevral 2011 12:55 (UTC +04:00)

DAK İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

APA-nın xəbərinə görə, aksiyada DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, təşkilatın Azərbaycan və Avropa nümayəndəliklərinin üzvləri iştirak ediblər. Polis aksiya iştirakçılarına səfirliyin binasına yaxınlaşmasına imkan verməsə də, aksiyaçılar bəyanatlar səsləndirə biliblər. Sabir Rüstəmxanlı bildirib ki, İran Azərbaycanın daxili işlərinə qarışır, Ermənistanla əməkdaşlıq edir, İslam dövləti olan bir ölkənin hərəkətləri isə müsəlman həmrəyliyi ilə bir araya sığmır.

DAK həmsədri İranda türklərin hüquqlarının pozulduğunu da vurğulayıb. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti İranda Azərbaycan türklərinin mədəni hüquqlarını təmin etməyi tələb etməyə çağırıblar.

Aksiyada “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, ”Məhv olsun fars irticası!” şüarları səsləndirilib.

Sonda aksiyanın qətnaməsi səfirliyə təqdim olunub. Qətnamədə qeyd olunub ki, aksiyada səslənən tələblər yerinə yetirilməsə, səfirliyin binası qarşısında davamlı aksiyalar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar