Bakı-Sumqayıt magistralında anomaliya
Çoxlarının diqqət yetirmədiyi və adi hesab etdiyi bu sahənin də özünəməxsus xüsusiyyətləri var. Lent.az-ın əməkdaşının apardığı araşdırmalar zamanı həmin ərazi ilə bağlı bəzi maraqlı faktlar aşkarlanıb.
Bakı-Sumqayıt magistralında – “Neapol” oteli dairəsi - Dövlət Yol Polisinin Saray postunun arasında yerləşən (Ceyranbatan gölündən 200-300 metr məsafədə), uzunluğu təxminən 500 metrə yaxın təşkil edən yolun bir hissəsi anomal xüsusiyyətlərə malikdir. Belə ki, həmin sahə düzənlik olmasına, yaxınlıqda mobil rabitə operatorlarına məxsus ötürücülərin yerləşməsinə baxmayaraq ərazidə mobil telefon rabitəsi işləmir, radio dalğalar kəsilir. Aparılan müşahidələr göstərib ki, həmin ərazidə – hazırda betonlaşdırılmış magistralla belə hərəkət edən avtomobillərin sürəti avtomatik olaraq azalır, avtomobillərdə həmin sahəni tərk edənə qədər ağırlaşma meydana gəlir. Həmin yoldan mütəmadi olaraq istifadə edən sürücülər özləri də bunu söyləyirlər. Məsələn, həmin yolda avtomobilin spidometri 100 km/saat göstərdiyi halda avtomobilin hərəkət sürəti birdən birə 20-25 km/saat azalır. Ərazi keçildikdən sonra spidometrin göstərdiyi sürət bərpa olunur.
Uzun illər hər gün Bakı-Sumqayıt marşrutu ilə xəttə çıxan sürücülərin sözlərinə görə, belə bir vəziyyət ərazidə 2000-ci ildən mövcuddur. Əvvəlki illərdə yolda belə bir qəribəliyin olub-olmamasına isə fikir verən olmayıb. Bu vəziyyət özünü daha çox 2000-ci ildə ərazidə palçıq vulkanının püskürməsi ərəfəsində və sonra göstərib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitunun palçıq vulkanlar şöbəsinin müdiri professor Adil Əliyev isə Lent.az-a açıqlamasında Bakı-Sumqayıt magistralındakı anomaliyadan xəbərsiz olduğunu söyləyib. A.Əliyevin sözlərinə görə, öncə bu anomaliyanın səbəbləri öyrənilməlidir. Bundan sonra onun hansı təsirlərdən baş verdiyini söyləmək mümkündür.
Ramiz

497