21 yaşlı oğlanı ürəyindən bıçaqladılar
01 fevral 2011 14:50 (UTC +04:00)

21 yaşlı oğlanı ürəyindən bıçaqladılar

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Mövsümov Elvin Xanağa oğlu həmkəndlisi, 1990-cı ildə anada olmuş Əsədullayev Elmar Xanoğlan oğlunu bıçaqlayıb. O, həmyaşıdının sinəsindən və sağ qolundan bıçaq zərbələri endirib.


Döş qəfəsinin sol tərəfindən bıçaq yarası alan 21 yaşlı E.Əsədullayev təcili Lənkəran şəhər Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Qeyd edək ki, hadisə kəndin yaxınlığından keçən dəmir yolunun kənarında baş verib. İki gənc mübahisə edib və söhbəti yolun kənarında davam etdirmək qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır. E.Mövsümov tutulub.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar