Lənkəranda 3 məscidin nəzir qutusu oğurlanıb
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər Lənkəran şəhərindəki Kiçik bazar məscidi, Aşağı Nüqədi kənd məscidi və Şovu kəndindəki Babarəhim ocağındakı nəzir qutularını oğurlayıb. Polis dərhal məscidlərdə oğurluq edən şəxslərin axtarışına başlayıb. Nəticədə Lənkəran rayon sakinləri - 1990-cı il təvəllüdlü İsmayılov Tural Əflatun oğlu, 1986-cı il təvəllüdlü Vəliyev Fərahim Afərin oğlu və 1990-cı ildə anadan olmuş Karakulya Aleksnadr Konstantinoviç şübhəli şəxs qismində müəyyən olunub və onlar tutulub.
Qeyd edək ki, qarət hadisələrin rayonun müxtəlif yerlərində baş versə də vaxtları üst-üstə düşüb.
Araşdırma aparılır.
Nizam Rza
Qeyd edək ki, qarət hadisələrin rayonun müxtəlif yerlərində baş versə də vaxtları üst-üstə düşüb.
Araşdırma aparılır.
Nizam Rza
778