Daha 7 Azərbaycan vətəndaşı Misirdən evakuasiya olunub
Azərbaycanın Misirdəki səfirliyi bu ölkədəki vətəndaşlarımızın evakuasiyasını davam etdirir. Səfirliyin birinci katibi Elnur İsmayılovun APA-ya verdiyi məlumata görə, bu gecə daha 7 Azərbaycan vətəndaşı Misiri tərk edib, elə bu sayda vətəndaşımız da hazırda aeroportda təxliyə olunmalarını gözləyirlər: “Vəziyyət gərgindir, səfirliyin yaninda da toplaşmalar olur. Bu gecə evakuasiya olunan 7 Azərbaycan vətəndaşı hazırda İstanbuldadırlar və oradan Bakıya gedəcəklər. “Türk Hava Yolları” şirkəti ilə əldə etdiyimiz razılaşmaya görə, vətəndaşlarımız bu şirkətin reysləri ilə İstanbuldan keçməklə Bakıya yola salınır. Hazırda Qahirə aeroportunda təxliyə olunmağı gözləyən daha 7 vətəndaşımız var. İsgəndəriyyədə təhsil alan daha 10 azərbaycanlı tələbə “qaynar xətt” telefonu vasitəsilə səfirliyimizlə əlaqə saxlayıblar. Onlardan altı nəfəri bu gün Bakıya yola salınacaq”.
Xatırladaq ki, Misirdə yaşayan və baş verən iğtişaşlarla əlaqədar Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları “Qaynar xətt”in nömrəsi 0020108112577 müraciət edə bilərlər. Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin Misirdə olan Azərbaycan vətəndaşlarının qohumlarına müraciət edərək onlardan Misirdəki doğmaları ilə əlaqə saxlamağı və səfirliklə əlaqə saxlamaq üçün “qaynar xətt”in nömrəsini onlara verməyi xahiş edib.

Oxşar yazılar

Mağazadan 14, evdən 10 minlik OĞURLUQ
9 iyul 2025 , 16:26
Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32