Müğənni Rüfət Mehdiyev 42 yaşında vəfat edib
Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyev bu gecə saat 03:00 radələrində 42 yaşında qəflətən dünyasını dəyişib. Ailəsindən Lent.az-a verilən məlumata görə, müğənni “Komedy club” verilişinə baxdığı zaman qəflətən halı dəyişib, təzyiqi qalxıb: “Heç nəyi yox idi, verilişə baxıb deyib-gülürdü. Birdən vəziyyəti dəyişdi. Təcili yardım çağırdıq. İynə vurdular. Elə iynə vurulan vaxt “daha da pisləşdim” - dedi. Həmin anda dünyasını dəyişdi”.
Ailəsindən bildiriblər ki, mərhumla vida mərasimi öz evində olacaq. O, bu gün saat 15:00-da Nizami rayonu ərazisindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən müğənnilik edir.
Mərhumun 10 yaşlı oğlu və 7 yaşlı qızı var.
Allah rəhmət eləsin!
Xəyalə

Oxşar yazılar
Ucarda "KamAZ" aşdı, Bakı-Qazax yolu bağlandı - FOTO
29 iyun 2025 , 07:14
Hacıqabulda qəza: sürücü öldü
29 iyun 2025 , 06:33
"Bizi döyə-döyə kabab yedilər" - İşgəncə verilən azərbaycanlı
28 iyun 2025 , 23:44
Goranboyda əkin sahəsində kişi meyiti tapıldı
28 iyun 2025 , 20:19
Daş karxanası çökdü, 3 işçi öldü
28 iyun 2025 , 18:30
Bakıda kanalizasiyaya düşən gəncin MEYİTİ TAPILDI
28 iyun 2025 , 17:55
Azərbaycanda boğaz əti kəsilən yeniyetmə qız öldü
28 iyun 2025 , 17:16