XİN Misirdəki Azərbaycan vətəndaşları üçün yeni “Qaynar xətt”in nömrəsini açıqlayıb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, “qaynar xətt”ə bu ölkədə yaşayan və baş verən iğtişaşlarla əlaqədar Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Yeni “Qaynar xətt”in nömrəsi 0020108112577-dir.
Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin Misirdə olan Azərbaycan vətəndaşlarının qohumlarına müraciət edərək onlardan Misirdəki doğmaları ilə əlaqə saxlamağı və səfirliklə əlaqə saxlamaq üçün “qaynar xətt”in nömrəsini onlara verməyi xahiş edib. Elxan Poluxov əlavə edib ki, Qahirədəki vəziyyətlə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tam şəkildə fəaliyyət göstərə bilmir.

574