Misirdəki səfirliyimizin əməkdaşının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb
31 yanvar 2011 18:43 (UTC +04:00)

Misirdəki səfirliyimizin əməkdaşının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb

Lent.az-ın prokurorluğun saytına istinadən verdiyi məlumata görə, 29 yanvar 2011-ci il tarixdə Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində baş verən kütləvi iğtişaş zamanı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin mühasibi, Azərbaycan Respublikasının vətəndaşı, 1987-ci ildə anadan olmuş Qocayev Nicat Rza oğlunun, işdən çıxıb yaşadığı evə qayıdarkən naməlum əcnəbi şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi faktı üzrə cinayət qanunvericiliyinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənarda ölkə vətəndaşlarına qarşı cinayət törətdikləri halda hazırkı cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 31 yanvar 2011-ci il tarixdə həmin məcəllənin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində məhkəmə-tibbi ekspertlərin iştirakı ilə foto və video çəkilişlərdən istifadə olunmaqla meyitin baxışı keçirilib, daxili müayinəsi aparılıb, bədənindən bir ədəd güllə çıxarılaraq maddi sübut kimi götürülüb, məhkəmə-tibbi, məhkəmə-ballistik ekspertizaları təyin edilmiş və iş üzrə əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi məqsədi ilə müvafiq sorğular göndərilib.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində səfirliyin əməkdaşlarının dindirilməsi, digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi, cinayəti törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Məclisinin 14 dekabr 1973-cü il tarixli “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10