“Xəzər Lənkəran”ın prezidenti 2 jurnalisti məhkəməyə verib
“Xəzər Lənkəran” klubunun prezidenti Mais Məsimov “Fanat.az”-ın saytının köşə yazarı Natiq Muxtarlı və sayt layihəsinin rəhbəri Zahir Əzəməti məhkəməyə verib.
Bu barədə Lent.az-a Zahir Əzəmət bildirib. Klub prezidenti layihənin rəhbəri və köşə yazarı barədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, media nümayəndələrinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsini xahiş edib.
İddia üzrə məhkəmənin hazırlıq iclası Nərimanov rayon Məhkəməsində iyulun 9-a təyin olunub.

786