Cənub bölgəsi də qatı toz dumanına bürünüb
Lənkəran rayonu ərazisindəki yaşayış məntəqələrindən Talış sıra dağları görünmür
Bir neçə gündür ki, Azərbaycanın cənub bölgəsi qatı toz dumanına bürünüb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonu ərazisindəki yaşayış məntəqələrindən Talış sıra dağları görünmür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Lənkəran regional hidrometeoroloji hissəsinin müdir əvəzi İdris Höccətov APA-ya açıqlamasında bu dəyişikliyi İran və İraqda baş vermiş toz tufanları ilə əlaqələndirib. İ. Höccətov bu cür hadisələrin hər il qeydə alındığını bildirib: ”Əslində bu proseslərin ekologiya üçün o qədər də ciddi təhlükəsi yoxdur. Amma tənəffüs yolları xəstəliyindən əziyyət çəkən şəxslərin belə şəraitdə səhhətlərinin qayğısına qalmaları məsləhətdir”.
ETSN-nin əməkdaşı iyulun 2-dən sonra toz-duman qatının çəkiləcəyini diqqətə çatdırıblar.
Qeyd edək ki, bir neçə gündür ki, Bakının üzərində də qatı toz dumanı müşahidə olunur.

866