Paytaxt bazarında bomba panikası
Bakıdakı bazarlardan birinə bomba qoyulması barədə polisə məlumat verilib
Azərbaycan paytaxtındakı bazarlardan birinə bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, ötən gün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs Yasamal rayonu, Şərifzadə küçəsi 29 ünvanında yerləşən bazara partlayıcı qurğu qoyulması barədə məlumat verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi, rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları çıxıb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.
Anonim telefon zənginin hansı ünvandan və kimin tərəfindən edildiyi artıq müəyyən edilib. Lakin polisi aldadan şəxs azyaşlı olduğundan onun adı açıqlanmır.
Faktla bağlı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

622