Bakını toz qatı bürüyüb
27 iyun 2009 19:15 (UTC +04:00)

Bakını toz qatı bürüyüb

Şərq küləyinin Türkmənistandan gətirdiyi toz-torpaq Bakının üzərini örtüb

Bu gün səhər saatlarından Bakının bütün ərazisi toz-torpağa qərq olub. Xəfif küləyin göyə sovurduğu sarımtıl toz-torpaq qatı duman kimi şəhərin başı üzərində fırlanır. Paytaxtın nisbətən hündür nöqtələrindən baxanda nəinki geniş küçələr, parklar, heç adi vaxtlarda uzaqdan diqqəti cəlb edən ən uca binalar da görünmür.

Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov Lent.az-a açıqlamasında paytaxtın toza qərq olmasını isti hava şəraitində Şərq küləyinin əsməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, gün ərzində xəfif Şərq küləyi Türkmənistandan Xəzərin üzəri ilə Bakıya daxil olur. Nəticədə küləyin Türkmənistan səhralarından gətirdiyi sarımtıl toz-torpaq Bakı və Abşeron yarımadasını üzərinə çökür.

“Hərdən yay aylarında belə hallara rast gəlinir. Bakının üzərini örtən toz-torpaq bəzən Şərq küləyi vasitəsilə Türkmənistandan, bəzən də Cənub küləyi ilə İran ərazisindən Abşeron yarımadasına daxil olur. Bu vəziyyət cansıxıcı olsa da, qorxulu bir şey yoxdur və toz-torpaq çəkildikdən sonra hər şey adi qaydasına düşəcək” - deyə, İmran Məmmədov bildirib.

Müstəqil ekspertlər isə küləkli hava şəraitində Bakının toz-torpağa qərq olmasını paytaxtda aparılan tikinti işləri ələ əlaqələndirirlər. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirir ki, tikinti obyektlərində qazıntı işləri aparılarkən ətrafa yayılan torpaq küləyin təsiri nəticəsində ətraf mühiti çirkləndirir. Onun sözlərinə görə, paytaxtı bürüyən toz-torpaq bir günün deyil, 8-10 il əvvəl əsası pozulmuş şəhərsalma qaydalarının yaratdığı problemdir.

“Amma toz-torpağın Türkmənistan və Səudiyyə Ərəbistanından daxil olması da istisna olunmur. Çünki həmin ərazilər qumsallıq olduğundan qasırğa nəticəsində toz-torpaq Azərbaycana daxil ola bilər. Lakin hazırda elə də güclü külək olmadığından bugünkü toz-torpağın xaricdən gəldiyi az inandırıcıdır”.

İmran Məmmədov isə tikinti işlərinin Bakının çirklənməsinə müəyyən dərəcədə təsir etdiyini təsdiqləsə də, bugünkü toz-torpağın bunun nəticəsi olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, Bakıda tikinti işləri uzun müddətdir davam edir. Ancaq paytaxtın bu cür toz-torpağa bürünməsi nadir hallarda olur: “Biz özümüz də müəyyən müşahidələr aparmışıq və belə nəticəyə gəlmişik ki, toz-torpaq yalnız şərq küləyi nəticəsində Türkmənistan ərazisindən daxil olur. Biz gözləyirik ki, bu gecə Şərq küləyi Şimal-Qərb küləyi ilə əvəzlənəcək və bu zaman indi müşahidə etdiyimiz toz-torpaq tamamilə çəkilib gedəcək”.

Maraqlıdır ki, hazırda bu cür toz-torpaq yalnız Bakı şəhərinin məhdud ərazilərində müşahidə olunur. Elə İmran Məmmədov da respublikanın başqa ərazilərində havanın toz-torpaqlı olması barədə məlumat almadıqlarını bildirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21