Göyçaylı sahibkar arvadı və qayınanasının şikayəti əsasında saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Göyçaydan olan sahibkar Çingiz Mayılovun həbsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidməti bununla bağlı məlumat yayıb. DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, son günlər müxtəlif kütləvi informasiya vasitələrində Göyçay rayonundan olan sahibkar Çingiz Mayılovun əsassız həbs olunması ilə bağlı məlumatlar yayılır.
Bu yönümdə araşdırmalar göstərib ki, son dövrlər Çingiz Mayılovun qanunsuz hərəkətlərinə qarşı qanunvericiliyə uyğun tədbir görülməsinə dair rayon Polis Şöbəsinə və Prokurorluğuna dəfələrlə şikayətlər daxil olub. Göyçay şəhər sakini Vüsalə Həsənova ərizə ilə müraciət edərək həyat yoldaşı Çingiz Mayılovun onu silahla hədələyib döydüyünü, atasının verdiyi 10 sot torpaq sahəsinin satılması barədə sənədlərə zor işlətməklə imza etdirib rəsmiləşdirdiyini bildirib, təhlükəsizliyinin təmin olunmasını xahiş edib.
Eyni ilə, vətəndaş Vüsalə Həsənovanın anası Südabə Həsənova kürəkəni Çingiz Mayılovun onu təhqir edərək şəxsiyyətini alçaltması, qızlarını döyməsi və avtomaşınla vurub öldürəcəyi ilə hədələməsi barədə Polis Şöbəsinə ərizə ilə müraciət edib. 2009-cu il iyunun 7-də isə Südabə Həsənova Çingiz Mayılovun ikinci arvadı olan qızı Vüsaləni döyməsi, otel, mağazalar və torpaq sahələrini birinci arvadından olan oğlunun adına sənədləşdirməsi, onu və qızını təhqir etməsi, nümayişkaranə şəkildə alçaltması, həmçinin onun qanunsuz hərəkətlərinin qarşısının alınması üçün dəfələrlə rayon polis şöbəsinə və prokurorluğuna şikayət ərizələri ilə müraciət etməsi barədə Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat verib.
Göstərilən şikayətlərlə əlaqədar Çingiz Mayılov 2009-cu il iyunun 11-də rayon polis şöbəsinə dəvət edilərək zəruri araşdırma aparılıb və nəticələrinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. Müvafiq qərar Çingiz Mayılova elan olunduqda, o, polis əməkdaşlarını təhqir edərək hədələyib, onu sakitləşdirmək istəyən polis kapitanı Ruhid Tağıyevə xəsarət yetirib, növbətçi hissənin pəncərəsini sındırması nəticəsində isə polis şöbəsinin rəis müavini Xaləddin Eyyubov yaralanıb.
Xuliqanlıq hərəkətlərini davam etdirən Ç.Mayılov növbətçi hissədə olan stul və stolları, xidməti telefonları sındırıb yararsız hala salmış, onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən məsul növbətçi Vahid Cahangirova xəsarət yetirib.
Qeyd edilən xuliqanlıq hərəkətlərinə görə, Göyçay rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 221.3. maddəsi ilə cinayət işi başlanılaraq Ç.Mayılov şübhəli şəxs qismində tutulub və iyunun 12-də o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla belə, özlərini hüquq müdafiəçiləri adlandıran ayrı-ayrı şəxslər bu hadisədən yararlanmağa cəhdlər edərək hər vəchlə rəsmi dövlət orqanlarını, o cümlədən polisi nüfuzdan salmaq məqsədi güdən hərəkətlər təşkil etməyə çalışır, təqsirləndirilən şəxsin yaxınlarını müxtəlif qanunsuz aksiyalar keçirməyə təhrik edirlər. İctimai fikri yanlış istiqamətə yönəltmək məqsədilə müxtəlif mətbu orqanlarında əsl həqiqətdən uzaq olan məlumatlar da yayır, bilərəkdən özlərinin adət etdikləri məntiqsiz üsul və vasitələrə əl ataraq xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını ləkələməyə səy göstərirlər.
DİN belə qanunazidd hərəkətlərin yolverilməzliyini xüsusi qeyd edərək diqqətə çatdırır ki, hazırda bu fakt üzrə istintaq araşdırmaları davam etdirilir. Çingiz Mayılov özünün seçdiyi vəkil ilə təmin olunub. İş üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün ibtidai araşdırma prosesi ciddi nəzarətdə saxlanılır.

1534