Güclü leysan yağışları Daşkəsənin yollarına ziyan vurub
Bir körpü qəzalı vəziyyətdədir
İyunun 18-də saat axşam saatlrından Daşkəsənə yağmağa başlayan və səhərədək davam edən güclü yağış dağlıq ərazidəki çınqıl və qaya parçalarını yollara toküb. Rayonun Xoşbulaq-Daşkəsən, Əmirvar-Quşcu, Zəylik-Qayalar kənd yollarında hərəkət çətinləşib. Yolların istinad divarları dağılıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev məlumat verib.
Zəylik və Qayalar kəndlərində 2 körpü qəza vəziyyətinə düşüb. Həmin kəndlərdə mal-qaranın da tələf olduğu haqda məlumatlar daxil olub. Hazırda yollarda yaranan vəziyyəti aradan qaldırmaq üçün işə başlanılıb. Dəyən ziyanın məbləği dəqiqləşdirilir.
Vüsalə Cənnətova

1202