Hüseyn Arabul sərhədçilərə 30 min dollar rüşvət təklif edib
Dövlət Sərhəd Xidmətinin (DSX) “Barmek-Azərbaycan Elektrik şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri işləmiş Hüseyn Arabulun tutulması və barəsində cinayət işini başlanması ilə bağlı məlumat yayıb.
DSX mətbuat mərkəzindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, qurumun
əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Barmek-Azərbaycan Elektrik şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri işləmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 24 sentyabr 2007-ci il tarixli hökmü ilə 5 il sınaq müddətinə şərti cəzaya məhkum edilən və üzərinə sınaq müddətində davranışına nəzarət edən orqanlara məlumat vermədən Azərbaycanın hüdudlarında yaşayış yerini dəyişməmək vəzifəsi qoyulan Hüseyn Arabul dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda və müəyyən sənədlər olmadan qanunsuz keçdiyinə görə, 2 iyun 2009-cu il tarixdə saat 17.00 radələrində Azərbaycan-Gürcüstan sərhəd-nəzarət məntəqələri arasında olan ərazidə saxlanılıb.
Faktla bağlı 2009-cu ilin iyunun 3-də DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Hüseyn Arabul barəsində Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb və ona qeyd olunan maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, Hüseyn Arabul Azərbaycanın dövlət sərhədini qanunsuz keçmək üçün yollar axtarmaqla uzun müddət hazırlıq işləri aparıb, o cümlədən bu məqsədlə Ahmet Arslanın adına yazılmaqla öz fotoşəkili əks olunmuş saxta sürücülük vəsiqəsi əldə edib.
Bundan sonra o, özünü Avşar kimi təqdim edən Türkiyə vətəndaşı İrfan Altıparmakı Azərbaycana dəvət edərək, əvvəlcə yük maşınları ilə Qazaxıstana getməyi planlaşdırıb. Lakin bu işə kömək edə biləcək şəxsləri tapa bilmədiklərinə görə ölkəni Gürcüstanla olan sərhədi pozmaqla tərk etməyi qərara alıblar.
Onlar bu məqsədlə Azərbaycanda iş adamı kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Tarik Olmaçın vasitəsilə ilə Ayhan Dönməzlə əlaqəyə girərək planın həyata keçirilməsi üçün vasitəçi tapılmasında köməklik göstərilməsini xahiş edib və bunun müqabilində Ayhana 8 min ABŞ dolları məbləğində pul verəcəklərini vəd ediblər. Sonuncu həmin puldan 5 min ABŞ dollarını qəbul edib, sonra qaynı, Şəmkir rayon sakini Ramal Əkbərovla bu barədə danışaraq, həmin işə görə 3 min ABŞ dolları veriləcəyini bildirməklə onun razılığını alıb. Rəmal vasitəsilə Hüseyn Arabulla İrfan Altıparmakın mayın 24-də Şəmkir rayonuna getməsini təşkil edib.
H.Arabul Şəmkir və Qazax rayonlarında Əhməd adı ilə yaşayıb və tanınmamaq üçün
saçını rəngləyib, özünə “istirahət edən adam” görkəmi verməklə balıqçı paltarı geyinib, kürəyinə idman çantası keçirib və üstündə həmişə balıqçı tilovu gəzdirib.
Rəmal Əkbərov Moskva şəhərinə getməli olduğundan Arabulu dövlət sərhədini qanunsuz keçməsini təşkil etməyi Şəmkirdə yaşayan dostu Mahir Lətifova tapşırıb. M.Lətifov bu məqsədlə müxtəlif şəxslərə müraciət edib və mayın 29-da H.Arabulla İrfanı Şəmkirdən Qazax rayonuna gətirərək “Göyəzən” mehmanxanasına yerləşdirib.
H.Arabul saxlanılarkən izahatında sərhədi qanunsuz keçdiyini bildirib və bu barədə rəhbərliyə məruzə etməməliri, həmçinin geriyə - Azərbaycan Respublikasına buraxılması üçün DSX-nın əməkdaşlarına 30 min ABŞ dollar məbləğində pul təklif edib.
Aparılmış təxirəsalınmaz istintaq tədbirləri nəticəsində H.Arabulun dövlət sərhədindən qanunsuz keçməsinə köməklik etmiş Mahir Lətifov Ramal Əkbərov iyunun 9-da təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda H.Arabulun Azərbaycanın dövlət sərhədini qanunsuz yolla keçməsinin araşdırılması və həmin cinayətdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1708