İcra başçısının müavini və bir neçə yüksək vəzifəli şəxs istintaqa cəlb olunub
Onlar 2003-cü və 2004-cü illərdə Gəncədə törədilmiş ağır cinayət hadisəsi ilə əlaqədar dindiriliblər
2003-cü və 2004-cü illərdə törədilmiş ağır cinayət hadisəsi ilə əlaqədar Gəncə şəhərində bir neçə vəzifəli şəxs istintaqa cəlb edilib.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq mayın 29-da birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Gəncə şəhər Polis İdarəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində 2003-cü və 2004-cü illərdə törədilmiş iki ağır cinayətin üstü açılıb.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gəncə sakini Şöhrət Quliyev gəlirlərini artırmaq məqsədilə biznes fəaliyyətində rəqib hesab etdiyi, Bakıdakı “Sədərək” Ticarət Mərkəzində çilçıraq satışı ilə məşğul olan Əhməd İbrahimovu öldürmək qərarına gəlib. Bunun üçün o, 2003-cü ilin dekabr ayında qabaqcadan əlbir olduğu həmyerliləri Mehman Qəhrəmanov, Elmar Qasımov və hazırda Penitensiar Xidmətin ixtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən Anar Həsənovla cinayət əlaqəsinə girərək Əhməd İbrahimovun öldürülməsini sifariş edib, əvəzində 25000 ABŞ dolları vəd edib.
Sifarişin icrası üçün Mehman Qəhrəmanovun göstərişinə əsasən, Elmar Qasımov və Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərinə gəliblər. Həmin gün Elmar Qasımov Əhməd İbrahimovu izləyib və sonuncunun idarə etdiyi avtomaşınla yaşadığı ünvana gəlməsi barədə həyətdə onu gözləyən Anar Həsənovu məlumatlandırıb. Əhməd İbrahimov binanın 2-ci mərtəbəsinə qalxarkən Anar Həsənov “Makarov” tipli tapançadan baş nahiyəsinə iki dəfə atəş açaraq onu öldürüb.
Sifarişin icra olunması haqqında məlumatı aldıqdan sonra Şöhrət Quliyev vəd etdiyi məbləği Mehman Qəhrəmanova verib və həmin pul cinayətkar qrupun üzvləri arasında bölüşdürülüb.
Bundan sonra Şöhrət Quliyev cinayətkar əməllərini davam etdirərək guya ona biznes fəaliyyətində maneçilik törədən həmyerlisi Kamal Ələkbərovu da öldürtmək qərarına gəlib. O, qabaqcadan əlbir olduğu Mehman Qəhrəmanov, Elmar Qasımov, İlham Şabanov və Anar Həsənovla cinayət əlaqəsinə girərək bunun müqabilində 25000 ABŞ dolları verəcəyini vəd edib.
Mehman Qəhrəmanovun göstərişinə əsasən, cinayəti törətmək üçün İlham Şabanov müvafiq hazırlıq görərək Elmar Qasımov və Anar Həsənovdan əldə etdiyi “Makarov” tipli tapança ilə 2004-cü il martın 22-də Kamal Ələkbərovun Gəncə şəhərində yaşadığı ünvana gedib. Kamal Ələkbərov idarə etdiyi avtomaşınla evinin darvazasına yaxınlaşarkən İ. Şabanov tapançadan yaxın məsafədən 7 atəş açaraq onu öldürüb.
Şöhrət Quliyev sifarişin icrası üçün vəd etdiyi pulu Mehman Qəhrəmanova verib.
Aparılmış istintaqla Şöhrət Quliyev, İlham Şabanov və Mehman Qəhrəmanovun törətdikləri cinayət əməlləri tam sübuta yetirilib və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Qəhrəmanova məxsus “Mercedes” markalı avtomaşından narkotik vasitə olan heroin, İlham Şabanovun həyətyanı sahəsindən isə torpağa basdırılmış “Makarov” tipli tapança aşkar edilərək götürülüb.
Cinayətkar qrupun üzvlərinin digər cinayətlərdə iştirakının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində isə bir neçə gün əvvəl Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov, Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Qərib Həsənov və onun əməliyyat işləri üzrə müavini olmuş Çoban Hüseynovun istintaqa cəlb edilərək dindirildiyi bildirilir. Adı çəkilən şəxslərdən başqa, daha bir neçə şəxsin - ümumilikdə 15-dən adamın – istintaqa cəlb olunduğu deyilir. Həmin şəxslərin əksəriyyəti Gəncə şəhərində yüksək vəzifələrdə çalışırlar.
Adıçəkilən şəxslərin sözügedən cinayət hadisəsi ilə bağlı saxlanılıb-saxlanılmaması barədə APA-nın sualını cavablandıran Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı nə təsdiq, nə də təkzib edib. O bu barədə zərurət yaranacağı təqdirdə, ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

1039