Bir davanın iziylə...-TƏFƏRRÜAT
Nə baş verib?
Yanvarın 13-də Nizami rayonunda, “Neon Palace” şadlıq sarayının yaxınlığında baş verən və ölümlə nəticələn bədbəxt hadisə ilə bağlı mətbuatda müxtəlif fikirlər səslənir. DİN-in rəsmi məlumatına görə, yanvarın 12-dən 13-nə keçən gecə saat 01.00 radələrində “Neon Palace” şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi 15 ünvanında, restoranının qarşısında sərxoş vəziyyətdə 5-6 nəfər arasında sonradan əlbəyaxa davaya çevrilən münaqişə baş verib. DİN-nin Çevik Polis Alayının ərazidə xidmət aparan əməkdaşları dayanacaqda bir qrup şəxsin nalayiq söyüşlər söyərək əlbəyaxa olduqlarını müşahidə edib, onlara yaxınlaşaraq ayırmaq və patrul maşınına oturtmaq istəyiblər. Dalaşanlar polisə tabe olmaqdan imtina ediblər, sərxoş vəziyyətdə olan Elvin Əsgərov yanında gəzdirdiyi, kustar üsulla hazırlanmış bıçaqla polis əməkdaşlarının birinə qarnından, o birinə sinəsindən xəsarət yetirib. Gözlənilməz müqavimətlə qarşılaşan polis əməkdaşları hadisə yerinə əlavə qüvvə çağırıblar. E. Əsgərov isə daha bir əməkdaşı bıçaqlayaraq qaçmaq istəyərkən yıxılıb və ciddi xəsarət alıb. Qaçmağa cəhd göstərənləri polis saxlayaraq, 24-cü polis bölməsinə gətiriliblər. Xəsarət alan polis əməkdaşları və E. Əsgərov təcili xəstəxanaya çatdırılıb. E. Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.
Bu, rəsmi məlumatdır. Amma mediada yazılan və ziddiyyətli olan qeyri-rəsmi məlumatlar da var. Məsələn, mərhum E. Əsgərovun cinayətkar aləmə yaxın, hətta «avtoritet» olması, şəhərdə «Vosmoy Elvin” ləqəbi ilə tanınması, «razborka»lar aparması haqqında da məlumatlar səslənir. Deyilənə görə, E. Əsgərov daha çox əyləncəli məkanlara üstünlük verən, imkanlı bir şəxs olub. Başqa bir məlumatda isə, hadisə günü onun dostu Anarla başqa bir restoranda yeyib-içəndən sonra gecə saat 11-12 radələrində Moskvadan gələn Məmməd adlı dostunun olduğu «Neon» restoranına gəldiyi bildirilir. E. Əsgərovun qohumları və dostlarının mətbuata verdikləri açıqlamalarda da ziddiyyətli məqamlar var.
Polislər nə deyir?
Hazırda DİN hospitalında müalicə olunan polis əməkdaşları Elçin Mütəllimov və Zülfüqar Süleymanov bir qrup adamın dalaşdığı hadisə yerinə yaxınlaşanda onların əlbəyaxa dava etdiklərini gördüklərini deyirlər: “ Biz gələndə Elçin Əsgərov üz nayihəsindən yaralanmışdı. O, bizi görən kimi üstümüzə hücum çəkdi. Əlindəki bıçağı havada hərləyib, bizə tərəf hücum çəkdi, bizi yaraladı. Sonra da qaçmağa başladılar”.
Z. Süleymanov deyir ki, yaralı vəziyyətdə özünü maşına çatdırıb: “Mərkəzə koordinatı verdim, yaralı olduğumuzu dedim. Əlavə qüvvə göndərilməsini xahiş etdim. Dərhal əraziyə əlavə qüvvə göndərildi”.
Bu dəfə də Elvin Əsgərov əraziyə daxil olan əlavə ekipajın üzvü, polis əməkdaşı Səbuhi Ağayevə bıçaqla xəsarət yetirib: “Sərxoş idi, sonuncu bıçaqlamadan sonra bir də qaçmağa başladı. Bir neçə dəfə yıxılıb-qalxdı. Bir də qaçanda ayağı səkinin kənarına ilişdi, başı səkiyə dəyəndə huşunu itirdi, həmkarlarımız onu 3 nömrəli şəhər Klinik Xəstəxanasına, bizi isə yaralı Azər. Su. Tikinti xəstəxanasına apardılar”.
Elvin Əsgərov kimdir?
Elvin Əsgərov 23 iyun 1979-cu ildə Bakıda anadan olub. Polisin məlumatında onun ünvanı kimi Bakı şəhəri, Suraxanı rayonu, Caparidze küçəsi ev 1 mənzil 15 göstərilib. Atası yoxdur, anası Nizami rayonundakı 210 nömrəli məktəbdə ingilis dili müəlliməsi, həm də dərs hissə müdiri vəzifəsində çalışır.
Mərhum E. Əsgərov daha çox qapalı həyat tərzi keçirib, işləri və fəaliyyəti barədə heç kimdən məsləhət almayıb. Ətrafındakıların danışdığına görə, idmançı görkəmli bu şəxs özünü həmişə kriminal aləmdə nüfuzlu şəxs kimi təqdim edib. Ətrafındakılar ona “ded” deyirmişlər. Deyilənlərə görə, Rusiyada azərbaycanlılarla bağlı “razborkalar”da iştirak edib.
İstintaqdakı ilkin məlumata görə, onun dayısı Riqa şəhərində yaşayır və orda cinayətkar aləmdə nüfuzlu şəxslərdən biridir.
E. Əsgərovun konkret iş yeri olmayıb. Əvvəllər məhkum olunmayıb, amma onun Bakı polisi ilə qarşıdurmaları olub. Bu qarşıdurmalar daha çox polisə tabesizlik yönündə olub.
İlkin məlumatlara görə, “oğru qanunları”nı özünə daha çox yaraşdıran E. Əsgərov məclislərdə “polis mənim düşmənimdir”, “polisə nifət edirəm”, “həbsə düşəcəyəm, amma kişi kimi düşəcəyəm” kimi ifadələr işlədib. E. Əsgərovun yaxın ətrafında olmuş, adının açıqlanmasını istəməyən şəxslərdən biri bildirir ki, Elvin cinayətkar aləmdə ad almaq üçün çox çalışırdı: “Onun ən asan yolu isə polisə xəsarət yetirməklə həbs olunmaq idi. Rusiyada yaşayan kriminal avtoritetlərlə əlaqələrə böyük maraq göstərirdi. Cinayətkar aləmdə “qanuni oğru” kimi ad almaq istəyirdi”.
E. Əsgərovun ailəsi isə bu iddiaları rədd edir və oğlanlarının polis bölməsində döyülərək öldürüldüyünü söyləyirlər. Onlar mətbuata açıqlamalarında E. Əsgərovun dostları ilə dava deyil, zarafat etdiyini bildirərək, polis əməkdaşlarına xəsarət yetirmədiyini iddia ediblər.
İndiki nəticə…
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə baş verən hadisə ilə bağlı bildirib ki, baş verən davada E. Əsgərov polis əməkdaşlarına xəsarət yetirib, özü isə qaçarkən xəsarət alıb: “Ailəsinin iddia etdiyi işgəncə faktlarının heç bir əsası yoxdur”.
Bakı şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ramiz Rzayev isə Azadlıq Radiosuna bildirib ki, yanvarın 13-də «Neon» restoranının qarşısında baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin (CM) 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmək) ilə cinayət işi qaldırılıb, ekspertiza təyin edilib. O cümlədən, Elvin Əsgərovun da ölümü ilə bağlı ekspertiza təyin edilib. Şöbə rəisi qeyd edib ki, mötəbər sübutlar olarsa, cinayət işinə CM-nin başqa maddələri də tövsif oluna bilər.
Qeyd edək ki, Ombudsman Elmira Süleymanova daxili işlər nazirinə və Baş prokurora müraciət edib və hadisənin hərtərəfli araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və qanun çərçivəsində cəzalandırılmasını xahiş edib.
Elşən Hacıyev
Müstəqil jurnalist

718